media-8

Mayın 18-də müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Orsusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və Nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli qəhrəmanlar Qurbanov Vaqif Bəxtiyar oğlu və Teymurov Pəncəli Nurməmməd oğlunun ailə üzvləri ilə görüşüb.

XALQ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

1.jpg

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.
Müdafiə naziri Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

6a0afb30019876a0afb300198817791045596a0afb30019856a0afb3001986.jpg

Nazir Şanlı Zəfərimizdən söz açıb, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu Teymurov Pəncəli Nurməmməd oğlu Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunublar.

6a0afb2fed1de6a0afb2fed1df17791045596a0afb2fed1db6a0afb2fed1dc.jpg

Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov tərəfindən şəhid qəhrəmanlarımızın ailə üzvlərinə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edilib.

6a0afb2fdba316a0afb2fdba3217791045596a0afb2fdba2f6a0afb2fdba30.jpg

Sonda şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliklərinə minnətdarlıqlarını bildiriblər.


media-728x90banner

Bənzər xəbərlər