featured-image-43915

 

85

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində 15 sentyabr tarixində bu ölkənin prezidenti Trayan Basesku ilə görüşüb.

XİN mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.

Rumıniya prezidenti Trayan Basesku salamlara görə təşəkkürünü ifadə edərək, onun da ən səmimi salamlarının və arzularının İlham Əliyevə çatdırılmasını xahiş edib. Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.


media-728x90banner

Bənzər xəbərlər