Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 19-da, saat 11:00-da Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

XALQ.AZ xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Mərkəzə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin 1652- Çağrı Mərkəz və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

 

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər