media-99

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində vətəndaş qəbulu keçirib.

Bu barədə  XALQ-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.

General-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

      

media-728x90banner

Bənzər xəbərlər