media-rufet

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizov təhsil müəssisəsinin kollektivinə təqdim edilib. 

XALQ.AZ “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.

R.Əzizov universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq dövlət başçısının etimadını doğruldacağını vurğulayıb.

Qeyd edək ki, ölkə başçısının imzaladığı  sərəncamı ilə Rüfət Əzizov Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  rektoru təyin edilib.

 




media-728x90banner

Bənzər xəbərlər