media-sa

Ölkədə məmurların  vətəndaşlardan qaçması ilk dəfə deyil. Müxtəlif vaxtlarda problemi olan, müraciət etmək istəyən vətəndaşlar məmurlarla görüşə bilməməsi adi hala çevrilib. Doğrudur məmurların qəbul qrafiki olsada bu görüşə yalnız seçilən insanlar buraxılırlar.  Bu da bir növ  gözdən pərdə asmaq üçün edilir., fotolar çəkdirib vəzifəsini icra etmiş hesab olunur.

Lakin ölkədə elə nazirlər də var ki, əl çatandır. Müxtəlif vaxtlarda vətəndaşlarla görüş keçirir, daima bölgələrdə  müxtəlif rayonlardan gəlmiş insanlarla görüşüb müraciətləri həll olunur.  Həmçinin ölkə başçısı belə regionlara səfəri zamanı mütəmadi vətəndaşlarla görüşlər keçirərək onların qayğıları ilə maraqlanır. Bütün bunlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.

Elə məmurlarda var ki, vətəndaşların müraciətləri belə onlar üçün əhəməyitsizdir.

Maliyyə Naziri Sahil Babayev vətəndaşlar üçün əlcatmaz məmur hesab olunur. Hələ Əmək və Əhalinin Sosial Müdafisəi naziri işlədiyi dövrdədə  bu kimi hallar baş verirdi. Yüzlərlə problemi olan vətəndaşlar nazirliyin qarşısında getsələrdə onları sadəcə adi şöbə müdir müavinləri qəbul edirdilər.  Görüntülərdədn də aydın olur ki, vətəndaş nazirə məktub vermək istəsədə o köməkçisini göstərir. Amma köməkçisi  Maliyyə naziri ilə  birgə vətəndaşa heç bir əhəmiyyət verməyərək dövlət tərəfindən verilmiş lüks avtomobilinə əyləşərək heçnə olmamış kimi çıxıb gedir.

Doğrudur küçədə nazir statusunda olan şəxsə  müraciət etik qayadalara uymur, lakin vətəndaşın başqa görə biləcəyi bu nazirə harada müraciətini, məktubunu versin bu sual isə açıq olaraq qalır.

Görüntülər dünən Fəxri Xiyabanda jurnalist Rəşad Vəkiloğlu tərəfindən sosial paltformasında paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər