Nazirlər Kabineti vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısında dəyişiklik edib.

 

XALQ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, 2016-cı il 24 noyabr tarixli 481 nömrəli qərarla təsdiq edilmiş müvafiq siyahının 27-ci hissəsi yeni redaksiyada təqdim olunub.

 

Yenilənmiş mətnə görə, siyahıda 27-ci bənd “Qazın saxlanmasına icazə” kimi müəyyən edilib.

 

Dəyişiklik “Lisenziyalar və icazələr haqqında” qanuna edilən düzəlişlərin və Prezident fərmanının icrasını təmin etmək məqsədi daşıyır.


media-728x90banner

Bənzər xəbərlər