Nazirlik bağlasada, yenidən açıldı-Xəzər rayonunda bu karyeri hansı məmur himayə edir?-Video
Xəzər rayonu, Binə qəsəbəsi, Zirə Sovxozunun sakinləri ərazidə yerləşən daş karxanasının fəaliyyətindən şikayətçidirlər. Onlar deyirlər ki, toz-torpaq səbəbindən nə pəncərələrini, nə də qapılarını aça bilirlər. Ümumiyyətlə, ərazidə yaşamaq onlar üçün çətinləşib.
XALQ məlumatına görə, sakinlər deyir ki, illərdir ev tikib yaşadıqları bu ərazidə iki ay bundan əvvəl fəalliyətə başalayan daş karxanası ucbatından onların rahatlıqları poluzub. Dəfələrlə aidiyyəti qurumlara bununla bağlı şikayət də ediblər.
Daş karkanasının qapısını döysək də, bayram günü olduğundan qapını üzümüzə açan olmadı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ nəzarətdə saxlanılacaq və yaxın günlərdə araşdırmalara başlanılacaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.