Nəcməddin Sadıkov Bolqarıstana gedib
Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Botsevin dəvəti ilə həyata keçirilir.
Orxan










