media-999

Nepalda etirazçılar baş nazir Şarma Olinin istefa verdiyi iqamətgahı və parlament binasını yandırıblar.

media-997

 XALQ xəbər verir ki, hökumət üzvləri hərbi helikopterlərlə təxliyə edilir, evlərinə hücumlar davam edir.

Məlumatda bildirilir ki, Katmandu Beynəlxalq Hava Limanı bağlanıb, bütün uçuşlar ləğv edilib.

BBC xəbər verir ki, Nepal hökuməti kütləvi etirazlar nəticəsində azı 19 nəfərin ölümünə səbəb olan hadisələrdən sonra sosial mediaya qoyulmuş qadağanı ləğv edib.

Qadağa platformaların Rabitə Nazirliyində qeydiyyatdan keçməsini və məzmunun monitorinqinə razılıq verməsini tələb edən məhkəmə qərarından sonra bir neçə gün qüvvədə olub.

Lakin “Facebook”, “X” və “YouTube” daxil olmaqla heç bir böyük şəbəkə buna razılaşmayıb.

Katmandu və digər şəhərlərdə etirazlar toqquşmalara çevrilib. Polis etirazçıları qaz, su şırnaqları və rezin güllələrlə dağıdıb. Paytaxtda 17, İtaharidə isə daha iki nəfər ölüb. Komendant saatı tətbiq olunub, hərbçilər küçələrə yerləşdirilib.

 


media-728x90banner

Bənzər xəbərlər