media-01
Nərimanov rayonunda səyyar görüşlər davam edir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 193 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirmişdir. Görüşdə RİHBA-nın məsul şəxsləri, ərazi icra nümayəndələri, bələdiyyə, həminin rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Daha sonra sakinlər fərdi qaydada dinlənilmişdir. Görüşdə sakinlər abadlıq işlərinin aparılması, yeni asfalt örtüyünün salınması, su və kanalizasiya xətlərinin yenilənməsi, qurumuş ağacların budanması və digər sosial problemlərlə bağlı müraciət etmişlər. RİH başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
media-01 media-02 media-03 media-04 media-05 media-06 media-07
****
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev sakinlərlə səyyar görüş keçirib.
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev 258 saylı tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən icra başçısı, Ölkə rəhbərliyinin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Sakinlər fərdi qaydada dinlənilərək, qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə ölkə rəhbəyliyinə minnətdarlıqlarını ifadə ediblər.
media-22 media-23 media-24 media-25 media-26 media-27

media-728x90banner

Bənzər xəbərlər