2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin rayonun Qaysa kəndinin seçiciləri ilə görüşü keçirilib.

Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev YAP-ın parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdıraraq seçkilərin önəmindən bəhs edib, qazanılan uğurlar və qarşıda duran hədəfləri diqqətə çatdırıb.

Görüşdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev bildirib ki,  bu gün Azərbaycanda görülən işlər, bütün sahələrdə əldə olunan uğurlar gələcək inkişafımızın zəmanətidir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününü deyil, gələcək inkişaf perspektivlərini hədəfləyir.

Təşviqat qrupunun üzvü Meysarat Qaysayeva, kənd sakinləri Aynurə Bağmanova,  Eldəniz Doldolov, Bəşir Çöpsiyev, Günay Terçiyeva çıxış edərək ölkəmizin hərtərəfli inkişafında YAP-ın müstəsna rolunu qeyd edib, partiyanın bundan sonra da ölkəmizə böyük uğurlar qazandırmaq iqtidarında olduğunu deyiblər.

Sonra seçicilərin təklif və müraciətləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Nəsib Məhəməliyev Balakən rayonunun Qabaqçöl qəsəbə seçiciləri ilə də görüş keçirib.   Qabaxçöl qəsəbə mərkəzinə gələrək Qəsəbə sakinləri ilə görüşdü .Qəsəbəlilərlə diskussiya şəraitində keçən görüşdə sakinlər onları narahat edən məsələlərdən danışdılar.110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev parlamentdə onları layiqincə təmsil edəcəyinə,dedikləri,onları narahat edən məsələləri də aidiyyatı orqanlar qarşında qaldıraraq həlli istiqamətində bütün səylərini birləşdirəcəyinə,etimaqlarını doğruldaraq Qabaxçöllülərin sevimli deputatı olacağına söz verdi.

 Həmçinin 110 saylı Balakən seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyevin bu gün üçün üçüncü görüşü Salban kəndində oldu.Diskussiya şəklində olan bu görüşdə də sakinlər uzun illər yığılmış problemlərini yağış kimi yağdırırdılar.Sən demə kəndin əsas problemi məmur problemi imiş..Dağlar qoynunda yerləşən Salban kəndinin sakinlərinin dərdi,problemi də elə dağlar boyda idi. Çay problemi,sərhəd postlarının kəndin içində yerləşməsi,qoruq problemi,tarixən yaxınlıqdakı təbiətdən ehtiyacları qədərini təmin edərək rahat dolanışıqlarının artıq olmaması,suya,dağa,meşəyə həsrət qalmaları və sairə kimi samballı problemlərinin həllinə bir ümid işığı axtarırdı sakinlərin Nəsib müəllimə olan baxışları..
Əvvəllər 111 saylı Zaqatala-Balakən Dairəsinin tərkibində idi,Mahamalar İnzibati Ərazisinə aid Salban kəndi.Kəndə 20 ildən çox idi deputat gəlmirdi.Bu dəfəki seçkidə Salban kəndi 110 saylı Balakən Dairəsinə düşdü və bu dairədən YAP-ın namizədi Nəsib Məhəməliyev elə ilk addımı Salbana atdı.Xoş qarşılandı..
Salbanlıların ümidi boşuna deyildi..Onların dərdinin dəvası Nəsib müəllimin dediklərindən daha çox demədiklərində,nüfuzunda,qabiliyyətində,yuxarılarla olan səmimiyyətində,gözəl münasibətində idi..Salbanlıların ümid günəşinin doğacağı gün yaxındır,inşallah.


media-728x90banner

Bənzər xəbərlər