Nəsimi icra hakimiyyətindən bu qanunsuz tikintilərə kim icazə verir? -Video
Bakının mərkəzi rayonlarından sayılan Nəsimi rayonunda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman yazılıb.
İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər.
Xəbər verdiyimiz kimi Nəsimi rayonu qanunsuz tikinti meydançasına çevrilib, və binalarını zirzəmilərində müxtəlif obyektlər tikilir.
Həmçinin XALQ-a daxil olan məlumata görə Nəsimi rayonu ərazisində obyektlərdə qanunsuz artırma işlər aparılır.
İddia olunur ki, tikinti işləri Nəsimi rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslə “razılaşma” əsasında aparılır.
Məsələ ilə bağlı Nəsimi İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.
Qurumalrın fikirlərini dərc etməyə hazırıq.