Nəsimi Nəbizadədən üzücü xəbər-Video
Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
XALQ xəbər verir ki,bu haqda onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, tanınmış teleaparıcı Nəsimi Nəbizadə müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.
Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.
Mərkəzin rəhbəri Ceyhun Salmanov bildirib ki, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.
Qeyd edək ki, reabilitasiya mərkəzində jurnalist Ceyhun Əsgərovda müalicə alır.
Reabilitasiya mərkəzinin açıqlamasını təqdim edirik:
Nəsimi Nəbizadə psixoloji olaraq sağlam olmayan düşüncələrin təsiri altına düşmüşdür. Mərkəzin rəhbəri Ceyhun Salmanovla birlikdə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə uzaqlaşmışdır. Hazırda onun təhlükəsizliyi və sağlamlığı bizim üçün əsas prioritetdir. Bildirmək istəyirik ki, Nəsimi Nəbizadəyə hər cür dəstək göstərməyə və müalicə prosesini davam etdirməyə tam hazırıq. Qapımız ona hər zaman açıqdır və yenidən sağlam həyata qayıtması üçün bütün imkanlarımız səfərbər ediləcək.










