Nəsimi rayonunda növbəti qanunsuz tikinti: İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri isə….
Nəsimi rayonunda növbəti qanunsuz tikinti.
XALQ-a daxil olan məlumata görə Nəsimi rayonu ərazisində qanunsuz tikinti işləri aparılır.
Qanunsuz tikint həyətin içindi həyata keçirilir. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Nəsimi rayon İcra Hakimiyyətinin “razılığı” əsasında aparıldığı iddia olunur.
Qanunsuz tikinti ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.
Məsələ ilə bağlı qurumaların mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik: