Nəsimi rayonunda tarixi binanın zirzəmisini hansı məmur satıb? -Video
Tarixi binada yaşayan 21 ailə təhlükə ilə üz-üzədir…
XALQ Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi, 150 ünvanında yaşayan sakinlər iddia edir ki, yaşadıqları binanın zirzəmisni bir şəxs alıb və orda tikinti- qazıntı işləri aparır. Bu da binanın bünovrəsinə, fasadına ciddi təsir edir.
Onlar deyir ki, zirzəmini alan şəxs İran vətəndaşıdır və zirzmidə iaşə obyekti tikmək istəyir. Sakinlər bildirir ki, təhlükəsizlik bir yana, rahatlıqları da qalmayıb. Belə ki, zirzəmini alan şəxs səs-küylə də onları narahat edir.
Şikayətçilər deyir ki, bir müddət əvvəl həmin şəxs binanın divarını da söküb. Məqsədi isə oradan özünə havalandırma pəncərəsi açmaq olub. Lakin həmin divar sakinlərin şikayətindən sonra bərpa edilib.
Zirzəmini alan şəxsi isə orada tapa bilmədik.
Ekspertlərin sözlərinə görə, qeyd olunan tikili tarixi bina olduğu üçün ora kənar müdaxilə qanunla qadağandır. İddialarla bağlı Nəsimi rayon İcra Hakimiyyətindən isə bildirlidi ki, məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.