media-sofiya

Nəsimi rayonu ərazisində növbəti qanunsuz tikinti işləri aparılır.

XALQ-a daxil olan məlumata görə Nəsimi rayonu 20 yanvar küçəsi   82 ünvanında yerləşən Sofiya şadlıq sarayının həyətində qanunsuz tikinti işləri aparılır.

Məlumata görə  tikinti işləri heç bir rəsmi icazə olmadan aparılması Nəsimi rayon icra hakimiyyətinin rəhbərliyini  narahat etmir.

Bildiririk ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.

Qanunsuz tikinti ilə bağlı Nəsimi  rayon icra hakimiyyətindən və aidiyyatı qurumlardan heç bir məlumat almaq mümkün olmadı.

media-elxan

Qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə Elxan ibrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qanunsuz tikinti ilə bağlı qurumlarında fikirlərini yayımlamağa hazırıq.

Sofiya şadlıq sarayının arxasında qanunsuz tikinti ilə bağlı görüntüləri oxuculara təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər