Netanyahu dağıntı olan əraziyə getdi
İsrailin Baş naziri Benyamin Netanyahu səhər tezdən İranın zərbə endirdiyi Bat Yam yaşayış binasının olduğu əraziyə gedib.
XALQ xəbər verir ki, bu haqda “Kan” məlumat yayıb.
Hələlik Netanyahu bu haqda heç bir açıqlama verməyib. Qeyd edək ki, İranın Təl-Əviv ətrafındakı yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində 15 nəfər ölüb, 385 nəfər isə yaralanıb.
Bu haqda “Times of Israel” məlumat yayıb.
Məlumata görə, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var.