Nigar Arpadarai bu dairədən namizəd oldu
Nigar Arpadarai 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
XALQ.AZ xəbər verir ki, Nigar Arpadari 7 saylı Səbail seçki dairəsində namizədliyini irəli sürəcək.
Qeyd edək ki, Nigar Arpadarai, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Parlamentlərarası İttifaqda və Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionudur.










