media-cos

Nizamir rayonunda  mənzil obyektə çevrildi.

XALQ  xəbər verir ki, Nizami rayonu Qara Qarayev prospektində binanın 1 mərtəbəsi qanunsuz olaraq obyektə çevrilməsi üçün qapı açılıb.

Binanın 1 mərtəbəsinə mənzilə əlavə giriş qapı düzəldilərək qeyri-yaşayış obyektinə çevrilir.

Bu hal ilk deyil, belə ki, birinci mərtəbələrdə, girişin küçəyə açıldığı mənzillər obyektə çevrilir, çünki bu daha asandır. Bu cür dəyişikliklər binanın ümumi strukturuna zərər verir.  Tətil günləri olduğu üçün belə hallar baş verir. 

Nizami  rayon  İcra Hakimiyyətindən və Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən bu məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı.

Qurumların mövqeyini  dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər