media-bina

Bakının Nizami rayon, Babək prospekti 87, 2390-cı məhəllədə yerləşən binada yaşayan sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

XALQ  xəbər verir ki, həmin binada yüzdən çox ailə yaşayır, hamısının da problemi mənzillərinə çıxarışın verilməməsidir.

Sakinlər bildirirlər ki, bina 2020-ci ildən təhvil verilib. Mənzili alarkən də tezliklə çıxarış veriləcək deyə müqavilə imzalayıblar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə çıxarışa icazə vermədiyinə görə məhkəmə mübahisəsinə keçiblər və məhkəmə tərəfindən verilən bütün qərarlar ləğv edilib yenidən araşdırlması aparılır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyinə əsasə isə inşa edilən  binada uyğunsuzluqlar aşkarlanıb.

 


media-728x90banner

Bənzər xəbərlər