Nizami Safərov vətəndaşlarla görüşdü
Millət vəkili Nizami Safərov vətəndaşlarla görüşdü
XALQ xəbər verir ki, Milli Məclisin deputatı Tovuz rayonunun Abulbəyli kəndində seçicilərlə növbəti vətəndaş qəbulu baş tutdu. Görüşdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, ziyalılar və digər seçicilər iştirak etdilər.
Seçicilərlə görüş zamanı olunan müraciətlər əsasən təhsil, məhkəmə, kənd təsərrüfatı, məşğulluq, və kommunal xidmətlər ilə bağlı məsələlər oldu. Olunan müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı və məsələlərin həlli istiqaməti üzrə səy göstəriləcəyi seçicilərə bildirildi.

















