Nizami Səfərov Tovuzda vətəndaşlarla görüşdü, şəhid ailələrini ziyarət etdi-Fotolar
Milli Məclisin deputatı Nizami Səfərov vətəndaşlarla görüşüb.
XALQ xəbər verir ki, millət vəkili Tovuzda vətəndaş fərdi qaydada qəbul edib .
Seçicilərlə görüş zamanı müraciətlər əsasən məşğulluq, təhsil və kommunal xidmətlər ilə bağlı məsələlər olub. Olunan müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılacağı və məsələlərin həlli istiqaməti üzrə səy göstəriləcəyi seçicilərə bildirilib.
*****
Həmçinin millə təvkili Tovuz rayonunun Əlimərdanlı və Dondar Quşçu kəndlərində 2023-cü ilin sentyabr ayında baş tutan “Antiterror əməliyyatı” zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Cəfərov Rəvan Məhəmmədəli oğlunun və Qasımlı Nicat Elşən oğlunun ailəsini ziyarət edib.