Novruz Aslanov vətəndaşların müraciətlərini həll etdi
Milli Məclisin deputatı Novruzəli Aslanov 23 oktyabr 2025-ci il tarixində İsmayıllıdan olan vətəndaşlarla “online” formatda görüşüb.
XALQ xəbər verir ki, deputatın Bakıdakı ofisi ilə İsmayıllı ofisi arasında video-formatda bağlantının yaradılması üçün müvafiq avadanlıqlar quraşdırılıb. Seçicilərə canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
Deputat Novruzəli Aslanovun “online” formatda keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.