media-17

Milli Məclisin deputatı Novruzəli Aslanov 02 oktyabr 2025-ci il tarixində İsmayıllıda növbəti dəfə seçicilərlə görüş keçirib.

XALQ xəbər verir ki, bu dəfəki qəbul deputatın İsmayıllı şəhərində yerləşən ofisində baş tutub. Qəbulda şəhid ailələri və qazilər də iştirak ediblər. Qeyd edək ki, N.Aslanov əhalinin bu həssas təbəqəsinin qayğı və problemlərinə hər zaman xüsusi diqqətlə yanaşıb.

Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

media-11 media-12 media-13 media-14 media-16 media-17


media-728x90banner

Bənzər xəbərlər