media-nura

100-lərlə dövlət tədbirində, 100-lərlə konsert proqramlarında, ölkənin bir çox bölgələrində və Bakı şəhərində böyük səhnələrdə, müxtəlif dövlət qurumlarının rəsmi tədbirlərində peşəkar, məsuliyyətli və hətta təmənnasız şəkildə çıxış etmişəm.
Bundan əlavə, 2006–2023-cü illər ərzində Lider, ANS, ATV və Space telekanallarında aparıcı kimi fəaliyyət göstərmiş, eləcə də müxtəlif media layihələrində, tədbirlərdə və sosial layihələrdə iştirak etmişəm.
Bu qədər geniş və sənədlərlə təsdiqlənən fəaliyyət fonunda haqqımda yazılan bəzi həqiqətə uyğun olmayan, məqsədli və sifarişli yazılar məni yox — məhz həmin yazıların müəlliflərini və onları yayımlayanları gözdən salır.
Mən bu sənətdə 20 ildən artıqdır ki, çalışıram və öz adımı əməklə, zəhmətlə, peşəkarlıqla qazanmışam.
Mənə qarşı faktlara əsaslanmayan, təhrif olunmuş və nüfuz zədələyən yazıların isə nə peşəkarlığa, nə mediaya, nə də cəmiyyətə hər hansı faydası var.
Mədəniyyət Nazirliyi ilə bağlı açıqlamalarımızdan sonra diqqəti yayındırmaq və gündəmi dəyişmək məqsədi ilə yazılan heç bir sözə xalq inanmır. Hamı hər şeyi görür və anlayır.
Mən bu işdə tək deyiləm. Sənət dostlarım və bir çox nüfuzlu insanlar da öz fikirlərini bildiriblər və bildirməyə də davam edəcəklər.
Heç bir jurnalistdən xahiş etməmişəm ki, dediklərimizi paylaşsın, çünki onlara təzyiq olunacağını bilirəm. Hətta məndən müsahibə istəyən jurnalistlərə də dedim ki, bu məsələni işıqlandırıb işinizdən olmayın.
Jurnalist dostlarıma da bildirdim ki, sizdən incimirəm – yazmayın, mənə görə probleminiz olmasın.

Nura Suri


media-728x90banner

Bənzər xəbərlər