Nura Surinin oğlunun evi yanğın təhlükəsində
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Los-Anceles vilayətindəki meşə yanğında 5 nəfər həlak olub.
XALQ.AZ məlumat verir ki, insanlar meşə yanğını səbəbindən evakuasiya zonasına yerləşdiriliblər.
Tanınmış müğənni Nura Suri ABŞ-da yaşayan oğlu yanğınla əlaqədar təxliyə olunub. Bununla bağlı müğənni sosial şəbəkə hesabında bildirib.
Sənətçi həmin paylaşımda, “Los-Ancelesdəki yanğın böyük oğlumun evinə yaxınlaşır. Həyəcandan yatmamışam”, deyə qeyd edib. Sonra isə o, izləyicilərinin suallarına cavab olaraq, artıq oğlunun təxliyə olunduğunu deyib.
Qeyd edək ki, müğənninin iki oğlu ABŞ-da yaşayır. ABŞ-ın Kaliforniya ştatında yanğınlar yanvarın 7-dən başlayıb. Nəticədə insanlar evlərindən təxliyə olunub, çoxsaylı ölkələr buradakı konsulluqlarını bağlayıb.