media-nurg

“Nissan“, “İnfiniti”, “Ford”, “Reno” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors”la bağlı cərimə protokolu tərtib edilib.

əbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 493-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Nurgün Motors”la bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 18 avqust tarixində hakim Ceyhun Tağyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Nurgün Motors” MMC 21 oktyabr 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 400 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Surxay Tofiq oğludur.Tribunainfo.az


media-728x90banner

Bənzər xəbərlər