Ölkə başçısının olduğu təyyarəni qırıcılar müşayiət edib-Fotolar
Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri bu gün başa çatıb.
XALQ xəbər verir ki, Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatdıqdan sonra dövlət başçısının təyyarəsini bu ölkənin qırıcı təyyarələri müşayiət edib.
Həmin görüntüləri təqdim edirik:













