On minlərlə insan Milli Məclisə müraciət edir
Hər il on minlərlə insan Milli Məclisə müraciət edir”.
XALQ xəbər verir ki, bunu Milli Məclisin iclasında “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Deputat qeyd edib ki Milli Məclisinə il ərzində daxil olan müraciətlərin sayı və xarakteri göstərir ki, parlament institutuna müraciət edən vətəndaşların spektri kifayət qədər genişdir.
Komitə sədri müraciətlərin hansı istiqamətlərdə olduğunu da açıqlayıb:
“Analitik məlumatlara əsasən, il ərzində Milli Məclisə on minlərlə müraciət daxil olur. Təkcə fərdi şikayətlər deyil, eyni zamanda sosial-iqtisadi təşəbbüslər, qanunvericilik təklifləri, hüquqi məsələlər və ictimai əhəmiyyətli təşəbbüslər də müxtəlif əhali qrupları və kollektivlərini əhatə edir” – deyə o bildirib.
Z.Oruc həmçinin vurğulayıb ki, dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsinə keçidi mərhələsində dövlət xidmətlərinin təkmilləşdirilməsi, vətəndaşların dövlət qurumlarının kommunikasiya xətlərinə əlçatanlığı mühüm əhəmiyyət kəsb edir.
3 milyondan çox elektron çağırı olur:
“Ali icra hakimiyyətinin başçısı kimi cənab Prezidentə, hörmətli 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarına edilən müraciətlər ümumilikdə ölkəmizdə “illik milli müraciət yükü”nü formalaşdırır. Hər il ölkə başçısına ünvanlanan yüz minlərlə müraciət, Daxili İşlər orqanlarına edilən çağrı mərkəzləri və elektron sorğuların 3 milyona yaxın olduğunu, eləcə də müxtəlif hökumət qurumlarına yönələn çoxmilyonlu vətəndaş ərizələri dövlətin ictimai yükünü real şəkildə ortaya qoyur”.
“Azərbaycanın yeni Rəqəmsal Arxitekturasına həsr olunan müşavirədə ölkə başçısı İlham Əliyev bəyan etdi ki, “…bütün dövlət qurumlarının vahid elektron hökumət platformasında fəaliyyət göstərməsi tələb olunur”. Doğrudan da bir-birindən ayrı, parçalanmış sistemlərin aradan qaldırılmasə məlumatların inteqrasiyasını və dövlət siyasətinin effektivliyinin mühüm şərtidir”, – deputat sonda vurğulayıb.










