Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbəri seçilən deputatların adları məlum olub.

XALQ.AZ-ın məlumatına görə, Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) Baş direktorunun müavini Arzu Nağıyev Azərbaycan-Gürcüstan, Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktorunun müavini, “Azernews” qəzetinin baş redaktoru Sevil Mikayılova isə Azərbaycan-İspaniya parlamentlərarası dostluq qruplarına rəhbərlik edəcəklər.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər