“Ukrayna çalışır ki, hücuma başlasın. Hücum da müəyyən qədər uğurludur”. Bu sözləri deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, şiddətli döyüşlər gedir və Rusiya geriyə çəkilmək istəmir: “İstər Ukrayna, istərsə də Rusiya müharibədə gücdən düşürlər. Burada ən təhlükəli məsələ isə insan tələfatıdır. Yüz minlərlə insanlar müharibədə həlak olub və Ukrayna ərazisinə ciddi ziyan dəyib. Belə rəqəmlər səslənir ki, Ukrayna iqtisadiyyatı 50 faizdən aşağı aktiv formadadır. Torpaqlarının isə 60 faizdən çoxunda əkin-biçin etmək mümkün deyil”.

Deputat sözlərinə belə davam edib: “Burada yeganə udan silah istehsal edən nəhənglərdir. Onların təxminən 100 milyard dollarla qazancları var.

İnsanlar günü-gündən müharibədən daha da təsirlənir. Bu dünya iqtisadiyyatına, logistikaya mənfi təsir edir və xoşagəlməz hallardır.

Qərbdə də insanlar yorulub. Belə ki, son vaxtlar Çexiya və Polşada insanlar yığılıb tələb ediblər ki, müharibə dayandırılsın. Amerikada da belə böyük narazılıqlar var. Bunların da iqtisadi kökləri var və iqtisadi köklər də sosial narazılığa gətirib çıxardır. İnflyasiyanın qarşısını almaq mümkün deyil. Tarixən 40-50 il olmayan inflyasiya Amerika və Avropada müşahidə olunur. Bu da sosial vəziyyətə, işsizliyin artmasına və insanların gəlirlərinin azalmasına öz mənfi təsirini göstərir. Düşünürəm ki, nə Rusiya, nə də Ukrayna geriyə çəkilən deyil. Hansısa bir proqnoz vermək olmur. Biraz gözləmək və gedişatı izləmək lazımdır”.


media-728x90banner

Bənzər xəbərlər