media-merss

Bahalı maşın kolleksiyası, Bakının mərkəzində avtoşluq…

Sosial mediada Bakının mərkəzi küçələrində ictimai nəqliyyatın hərəkətini kobud şəkildə pozaraq avtoşluq edən şəxsin videoları dolaşır.

XALQ xəbər verir ki, Əhmədov Murad Ələddin oğluna məxsus 99-MB-400 nömrə nişanlı maşınla şəhərin mərkəzində avtoşluq edən şəxs bu qanunsuz hərəkətini sosial şəbəkələrdə də paylaşır.

Qeyd edək ki, sözügedən şəxs bir müddət əvvəl keçmiş sevgilisi Babayeva Şərafət Azad qızının evinə pəncərədən zorla daxil olaraq ona xəsarət yetirməsi haqqında xəbərlər dərc edilmişdi.

media-91Zərərçəkmiş Şərafət Babayeva bildirib ki, ayrıldığı sevgilisi Əhmədov Murad Ələddin oğlu yaşadığı evə pəncərədən daxil olaraq ona və anasına xəsarət yetirib.

Xanım iddia edir ki, oğlanın babası Oqtay Atakişiyev Müdafiə Sənayesi Nazirliyində çalışır və vəzifəli şəxsdir.

DİN-in Mətbuat Xidmətindən insidentlə bağlı bildirib ki, mayın 2-də saat 19:30 radələrində paytaxt sakini Şərafət Babayevanın yaşadığı ünvanda tanışı 20 yaşlı Murad Əhmədov tərəfindən döyülməsi və ona kəsici alətlə xəsarət yetirilməsi barədə polisə müraciəti üzrə araşdırma aparılır.  Əməli törətməkdə şübhəli bilinən M.Əhmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib, müvafiq izahatlar alınıb. Təhqiqat araşdırmaları davam etdirilir.

Aldığımız son məlumata görə Əhmədov Muradın özünə məxsus bahalı maşın kolleksiyası da mövcuddur.

Qeyd edək ki, Murad Əhmədov  Müdafiə Sənayesi Nazirliyində vəzifəli şəxsi olan Oqtay Atakişiyev nəvəsidir.

Qeyd edək ki video sosial şəbəkələrdə paylaşılıb// Bakufakt

 


media-728x90banner

Bənzər xəbərlər