media-s

Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə Mir-i Ərəb mədrəsəsində çəkdirdiyi foto barədə maraqlı xatirəsini bölüşüb.

Dövlət başçısı bu barədə Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri və digər dini nümayəndələrdən ibarət heyətlə görüşündə danışıb.

Şeyxülislam Allahşükür Paşazadə Prezidentin Mir-i Ərəb mədrəsəsinə səfərini xatırladıb.

“Orada sizin portretinizin qarşısında şəkil də çəkdirdik. Mən Mehriban xanıma dedim ki, gəlin, şəkil çəkdirək və şeyxə göndərək”, – İlham Əliyev bildirib.

Allahşükür Paşazadə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin babasının da həmin mədrəsədə təhsil aldığını qeyd edib.


media-728x90banner

Bənzər xəbərlər