“ORGANIC LINE” QSC-də pozuntu aşkarlandı
“ORGANIC LINE” Qapalı Səhmdar Cəmiyyətinə operativ vergi nəzarəti çərçivəsində cərimələnib.
XALQ xəbər verir ki, şirkətə pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, həmçinin malların Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınması ilə bağlı 4 min 92 manat 50 qəpik maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “Organic Line” araq istehsal edən şirkətdir, nizamnamə kapitalı 2 min manat, qanuni təmsilçisi isə Fərid Hacıyev Tarverdi oğludur.32gun.az