media-orm

Bakıda sakin “Orman” mebel mağazasından mebel sifariş verib. Mağaza işçiləri əşyanı gətirib quraşdırdıqdan bir müddət sonra həmin mebel aşıb və ev sahibi xəsarət alıb.

Bu barədə sakin Baku TV-yə şikayət ünvanlayıb.

Şikayətçinin sözlərinə görə aldığı malın nə çeki, nə də sənədi ona verilib:

“Hadisədən iki həftə sonra mağazaya yaxınlaşdım və onlar bunun usta səhlənkarlığı olduğunu etiraf etdilər. Ödəniş edilərkən qəbz və müqaviləni istədiyim halda heç birinin verilməyəcəyini demişdilər”.

Baku TV-nin çəkiliş qrupu iddiaların nə dərəcə həqiqəti əks etdirdiyini öyrənmək üçün sözügedən mebel mağazasına müştəri qismində üz tutub, nəticədə satış zamanı qəbz və müqavilə təqdim edilmədiyi məlum olub.

Onlar daha sonra həmin məkana kanalın əməkdaşı kimi daxil olduqda isə mağaza işçisi “kameranı söndürün, rahat söhbət edək” deyərək məsələni ört-basdır etməyə çalışıb.

 


media-728x90banner

Bənzər xəbərlər