Orxan Qarayev “Grill House” restoran işçilərin maaşını niyə vermir?-Video
“Grill House” restoranında iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət daxil olub.
Şikayətçilər bildiriblər ki, icarədar Orxan Qarayev məkanın bağlanmasını bəhanə edərək maaşın ödənilməsini gecikdirir.

“İki aydır ki, əməkhaqqımız verilmir. Bu da azmış kimi bizi 200 manat maaş verilməsi şərti ilə yarımştat olaraq işə alıblar. Dünəndən rəsmi olaraq restoranın müqaviləsi başqa adama keçib. Buna görə də bizi zorla işdən çıxarıblar”, – şikayətçi Nuridə Bayramlı söyləyib.
Digər bir narazı şəxs – Musa Hacızadə isə qeyd edib: “Bizi işlədən adamla əlaqə saxlamağa çalışırıq, amma ortaya çıxmır. Pis vəziyyətdə qalmışıq”.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, onlara bu şikayət üzrə hər hansı məlumat daxil olmayıb.
Əlavə olaraq o da vurğulanıb ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işə cəlb edilməsi inzibati məsuliyyətə səbəb olur. Belə hallar aşkar edildikdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət edilməsi tövsiyə olunur.
Qeyd edək ki, “Grill House” restoranın icəradarı Orxan Qarayevdir.











