Özbəkistan prezidenti Azərbaycana gəlir
Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.
XALQ xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak edəcək.
“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, – deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, görüşdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr liderlərinin iştirakı gözlənilir.