“Papaq Lounge” da “Vur patlasın çal oynasın -Video
20 Yanvar – Azərbaycan xalqının hüzn və ehtiram günündə ölkə üzrə bütün əyləncə məkanlarında musiqi dayandırıldığı, bir çox restoran və klubların fəaliyyəti hüzün gününə dayandırdığı bir vaxtda paytaxtda ciddi narazılıq doğuran görüntülər yayılıb.
XALQ sosial şəbəkələrdə apardığı araşdırma zamanı Şıxəli Qurbanov küçəsində “Papaq Lounge” restoranında matəm gününə zidd şəkildə musiqili və içkili məclisin davam etdiyi iddia olunur.
Əldə edilən görüntülərdə məkanda əyləncə məclisləri davam etdiyi və TikTok platformasında canlı yayım açaraq izləyicilərə görüntülər paylaşılıb.
Xatırladaq ki, ölkədə 20 Yanvar ümumxalq hüzn günü olduğu üçün şəhidlərmizin əziz xatirəsi yad edilir. Rəsmilər və vətəndşalar Şəhidlər xiyabanını ziyarət edir,bölgələrdə həmçinin şəhidlərimizin əziz xatirəsi yad edilir.
Ölkə üzrə restoranlar musiqisiz, fəaliyyət göstərməlidir. Lakin iddialara görə, sözügedən məkan maddi maraqları önə çəkərək bu qaydalara əməl etməyib və bununla da şəhidlərimizin xatirəsinə hörmətsizlik nümayiş etdirib.
Cəmiyyət bu cür hallara qarşı həssasdır və qanunvericiliyin tələblərinin hamı üçün eyni dərəcədə tətbiq olunmasını gözlənilir.
İnanırıq ki, yayılan görüntülər və iddialar aidiyyəti qurumlar tərəfindən hüquqi müstəvidə araşdırılacaq, qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı “Papaq Lounge” restoranında açıqlama almaq mümkün olmadı.
Bu məsələ ilə bağlı aidiyyatı şəxslərində fikirlərini dərc etməyə hazırıq.










