Avropa Çempionatının ikinci günündə paralimpiyaçılarımızdan üç nəfəri finala vəsiqə qazanıb.

XALQ.AZ xəbər verir ki,  İtalyanın Genuya şəhərində keçirilən paracüdo idman növü üzrə Avropa Çempionatının ikinci günündə paralimpiyaçı cüdoçularımızdan kişilər arasında +100 kg çəkidə yarışan İlham Zəkiyev, qadınlar arasında +70 kg çəkidə Dürsədəf Kərimova və +63 kg çəkidə Xanım Hüseynova finala vəsiqə qazanıblar.

Digər idmançılarımızdan -100 kg çəkidə Kənan Abdullaxanlı və -81 kg çəkidə Hüseyn Rəhimli bürünc medal uğrunda mübarizə aparacaqlar.

Final görüşləri Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yarışın birinci dünündə idmançılarımız 2 gümüş, 3 bürünc medal qazanıblar.

 

 

Orxan


media-728x90banner

Bənzər xəbərlər