“Park Bulvar”da kafe və restoranlarda qiymətlər artırıldı-Video
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu.
Müxtəlif dövlət və özəl qurumlar uşaqlar bayramını təntənə ilə qeyd etdilər.
XALQ məlumat verir ki, patrul.az sosial hesabında məlumat yayımlanıb. Belə ki, dünən fürsət bilib kafe, restoranların menyularında və əyləncə yerlərində olan qiymətləri artırıblar.
Belə ki,videoda göründüyü kimi, “Park Bulvar”-da yerləşən restoran uşaq menyusuna dəyişiklik edərək 1 manat əlavə edib.
Məsələ ilə bağlı sosial platformada narazılıq yaranıb.
Qeyd olunan məlumatla bağlı “Park Bulvar”da heç bir münasibət öyrənmək mümkün olmadı.