Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür.
XALQ.AZ xəbər verir ki, dövlət başçısının 63 yaşı tamam olur.
Millət vəkilləri, ictimai xadimlər Prezident İlham Əliyevi təbrik edir, xoş arzularını çatdırırlar.

******

Jalə Əliyeva
Milli Məclisin deputatı
Bu gün Zəfər salnaməmizin müəllifi və qəhrəmanı, Xilaskar Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür!
Möhtərəm Prezidentimizi səmimi qəlbdən təbrik edirik və demək istəyirik ki, Azərbaycanın güclü ordusu kimi xalqın da hər bir nümayəndəsi – bizlər bir ordu təmsilçisi kimi hər zaman yanınızdayıq, sizin əsgərinizik, cənab Prezident!
Təbrik edirik!
****

Məşhur Məmmədov
Milli Məclisin deputatı
Cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi, öz adımdan və millət vəkili seçildiyim 74 saylı Masallı Seçki Dairəsinin seçiciləri adından ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Sizin rəhbərliyiniz, uzaqgörən siyasətiniz və qətiyyətiniz sayəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edildi və xalqımızın ən böyük arzusu gerçəkləşdi. Bu tarixi zəfər yalnız və yalnız Sizin dərin strateji düşüncənizin, siyasi iradənizin, xalqa arxalanmağınızın və Azərbaycan Ordusuna göstərdiyiniz xüsusi qayğının, inamın nəticəsidir.
Siz hər zaman Azərbaycan xalqının əsl Sərkərdəsi kimi ön cərgədə yer aldınız, milli maraqlarımızı qorumaq yolunda yorulmaz fəaliyyətinizlə, danılmaz zəhmətinizlə hər birimizin qəlbində dərin hörmət və ehtiram qazandınız. Qarabağ torpaqlarında yenidən həyatın bərpa olunması, Böyük Qayıdış proqramının həyata keçirilməsi, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması Sizin uzaqgörən siyasətinizin parlaq nümunələridir.
Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və Azərbaycanın daha da inkişafı naminə yeni uğurlar, bol enerji arzulayıram! Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası hər zaman qüdrətli, suveren, xalqı isə qürurlu qalacaq.
*****

Fatma Yıldırım
Milli Məclisin deputatı
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Müstəqil və qüdrətli Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi inkişaf yolu keçib. Möhtərəm Prezidentimizin fəaliyyətinin ən yüksək zirvəsi isə torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın suverenliyinin tam təmin olunmasıdır. Cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək öz adını tarixə əbədi həkk edib və xalqımızın qəhrəmanlıq salnaməsini yaradıb.
Mən doğum günü münasibətilə dövlətimizin başçısını ürəkdən təbrik edir, Ona uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın yeni mərhələdə inkişafı yolunda yeni-yeni nailiyyətlər arzulayıram!
******

Şahin Seyidzadə
Milli Məclisin deputatı
Doğum gününüz mübarək, Cənab Prezident!
Dövlətimizin gələcəyi və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlarınız daim Sizinlə olsun!
*****

Günay Əfəndiyeva
Milli Məclisin deputatı
Dünyanın heyranlıqla izlədiyi, Azərbaycanın qüruru və fəxarəti Əsl Prezident!
Neçə neçə yeni gözəl uğur dolu illərə!
****

Zaur Şükürov
Milli Məclisin deputatı
Milyonlarla insanın taleyində müstəsna rol oynayan cənab İlham Əliyev müdrik dövlət xadimi, müzəffər sərkərdə, böyük lider kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk edib.
Mükəmməl dövlət idarəçiliyi, misilsiz sərkərdəliyi və son dərəcə uğurlu xarici siyasət kursu ilə dünya miqyasında nümunə olan Prezidentimizin rəhbərliyi altında intibah və çiçəklənmə dövrünü yaşayan Azərbaycanımızın vətəndaşı olmaq qürurvericidir.
Prezidentimizə sağlıqlı uzun ömür və Azərbaycanın tərəqqisi naminə ali dövləti fəaliyyətində davamlı uğurlar arzulayıram.
Doğum gününüz mübarək, cənab Prezident!
****

Mehriban Vəliyev
Milli Məclisin deputatı
Azərbaycanı iqtisadi inkişafın, firavanlığın, sülhün və sabitliyin hökm sürdüyü dinamik inkişaf edən dövlətə çevirən müasir Lider, müasir Öndər, Ali Baş Komandan, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirik!
*****

Mahir Süeymanlı
Milli Məclisin deputatı
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun və mənalı ömür, Azərbaycan xalqına sədaqətli xidmət yolunda tükənməz enerji və böyük uğurlar arzu edirəm.
Sizin uzaqgörən və müdrik rəhbərliyiniz sayəsində ölkəmiz günbəgün daha da qüdrətlənir, müstəqilliyimiz və suverenliyimiz sarsılmaz bünövrəyə çevrilir.
Azərbaycan xalqı Sizin liderliyinizlə əldə edilən zəfərləri qürurla izləyir.
Həyatınızda və fəaliyyətinizdə hər zaman uğur və zəfərlər Sizi müşayiət etsin!
*****

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
50 milyonluq uca millətimizin qürur mənbəyi, xilaskarı, dövlətimizin suvernliyini və ölkəmizin ərazi bütövlüyünü təmin edən, xalqımızın firavanlığı üçün yorulmadan çalışan, Azərbaycan adını beynəlxalq səviyyəyə ucaldan və onu regionun lider dövlətinə yüksəldən
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edir, ona Uca Tanrıdan sağlam və uzun ömür,
çətin və şərəfli fəaliyyətində yeni-yeni zirvələr və ailə səadəti diləyirəm.
Zati-Aliləri, Möhtərəm Cənab Prezident, qoy Uca Yaradan Sizi daimi olaraq lütfündə və pənahında saxlasın!
Doğum Gününüz mübarək, Möhtərəm Cənab Prezident!
*****
Əminə Ağazadə
Milli Məclisin deputatı
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin ad günüdür.
Doğum gününüz mübarək, möhtərəm cənab Prezident!
Sizə uzun ömür, can sağlığı, yeni-yeni qələbələr, uğurlar arzulayırıq!
*****

Razi Nurullayev
Milli Cəbhə Partiyasının sədri, millət vəkili
“Hörmətli cənab Prezident İlham Əliyev!
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan xalqının firavanlığı, dövlətimizin inkişafı və ölkəmizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi naminə göstərdiyiniz əzmkar fəaliyyətinizə görə minnətdaram. Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlara imza atıb və milli maraqlarımız uğrunda apardığınız prinsipial siyasət öz bəhrəsini verib”.
“Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın rifahı yolunda yeni-yeni nailiyyətlər arzulayıram. Uca Allah hər zaman Sizin yardımçınız olsun!”
*****

Azər Əmiraslanov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri
Müasir Azərbaycanın qarşısında dayanan yeni vəzifələrin həyata keçirilməsində Möhətərəm Prezidentimizə davamlı uğurlar arzu edirik!
******

Müşfiq Məmmədli
Milli Məclisin deputatı
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür! Azərbaycan xalqı 2003-cü ildə cənab İlham Əliyevi dövlətimizin başçısı seçməklə öncə Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ulu Öndərə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.Müstəqil Azərbaycanımızın tərəqqisi, dövlətçiliyimizin daha da möhkəmlənməsi və xalqımızın rifahı naminə məqsədyönlü siyasət yürüdən cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ölkəmizi daha yüksək zirvələrə aparan yolda uğurlar arzulayırıq!
*****

Sevinc Fətəliyeva
Milli Məclisin deputatı
Müstəqil Azərbaycanın inkişafı və güclənməsi naminə müdrik siyasəti ilə xalqı ətrafında birləşdirən, əzmi və qətiyyəti ilə zəfər tariximizi yaradan, hər bir vətəndaşın Prezidenti olduğunu əməli ilə təsdiqləyən dəyərli lider!
Ad gününüz mübarək, cənab Prezident!
*****
Aydın Hüseynov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin zəngin, çoxşaxəli və unikal dövlətçilik təcrübəsi və bənzərsiz fəaliyyəti təsdiqləyir ki, Azərbaycanda dövlət quruculuğu çox etibarlı və möhkəm əllərdədir. Azərbaycan regionun lider dövləti statusunda həm də qlobal iqtisadi güc faktorudur.
*****
Ülviyyə Həməzyeva
Milli Məclisin deputatı
Hörmətli Cənab Prezident!
Sizi, Ali Baş Komandanımızı, milli dəyərlərimizin qoruyucusunu, gözəl ailə başçısını öz adımdan və Babək-Naxçıvan-Culfa seçiciləri adından ürəkdən təbrik edir, Azərbaycan xalqı üçün etdiklərinizə görə dərin minnətdarlığımızı bildiririk!
Ali dövlətçilik missiyasının həyata keçirməsində Sizə daima uğurlar arzu edir, Allah dövlətimizi, xalqımızı və müdrik liderimizi hər zaman müzəffər etsin deyirik !
******
Soltan Məmmədov
Milli Məclisin deputatı
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür. Cənab Prezidentin rəhbərliyi dövründə Azərbaycan böyük tarixi nailiyyətlərə imza atıb, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Bu, bizim tariximizin dönüş nöqtəsidir!
Biz inanırıq ki, cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımıza daha böyük uğurlar qazanacaq!
Doğum gününüz mübarək, cənab Prezident!
*****
Qaya Məmmədov
Milli Məclisin deputatı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyev milli maraqları hər zaman üstün tutaraq, prinsipial və realist siyasəti ilə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü və suverenliyini dönməz şəkildə təmin etmişdir.
Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ölkəmizin inkişafı və təhlükəsizliyi naminə gördüyü işlərdə yeni uğurlar arzu edirəm!
*****
Məlahət İbrahimqızı
Milli Məclisin deputatı
24 Dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevin Doğum günüdür. Bu əziz gün münasibətilə əziz Prezidentimizi seçicilərim adından, öz adımdan təbrik edir, ona uzun ömür,can sağlığı və dövlətimizin və xalqımızın gələcəyi naminə yorulmaz fəaliyyət arzulayıram. Allah yar və yardımçısı olsun.Amin. Möhtərəm və əziz Prezidentimiz,Sizinlə fəxr edirik.Allah Sizi və ailənizi qorusun.Amin.
Yaşasın xalqımızın əvəzedilməz LİDERİ cənab İlham Əliyev!
Yaşasın Azərbaycan Xalqı!
****
Fariz İsmayılzadə
Millət vəkili Milli Məclisin Elm təhsil Komitəsinin sədr müavini
Tarixi torpaqlarımızı işğaldan azad edən Möhtərəm Prezident döğum günüdür! Prezident İlham Əliyevin liderliyi ilə diplomaitk uğurları ilə ölkəmiz dünyada tanınır. Həmçinin Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yoluna nail olub. Bu gün Azərbaycan yeni yol xəritəsi il öz dinamik inkişafına həyata keçirir. Bütün bunlar Liderimiz İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin nəticəsidir. Prezidet İlham Əliyev visionu ilə Azərbaycan xalqını birləşdirir. Dövlət Başçımıza səmimi qəlbdən təbrik edir, can sağlığı və Prezidentimizə gələcək fəaliyyətində uğurlar arzulayıram.
*****
Pərvin Kərimzadə
Milli Məclisin deputatı,YAP idarə heyətinin üzvü
Doğum gününüz mübarək, cənab Prezident!
Sözü imzası qədər dəyərli olan güclü Lider, bütün vədlərinə sadiq olan qətiyyətli Rəhbər, nəyi, nə zaman, necə etməyi bilən Müzəffər Ali Baş Komandan!
Biz Sizinlə fəxr edirik!
****
Vasif Qafarov
Milli Məclisin deputatı
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycanın daha da qüdrətlənməsi, xalqımızın rifahı və dövlətimizin qarşısında dayanan növbəti böyük tarixi missiyaların həyata keçirilməsi yolunda tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.
****
Göydəniz Qəhramanov
Mili Məclisin deputatı
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, ona möhkəm can sağlığı, Dövlət Başçımıza, Xalqın Lideri olaraq bu ali vəzifədə yeni uğurlar və müvəffəqiyyətlər arzulayıram.
****
Tahir Mirkişili
Milli Məclisin deputatı
Bu gün ən böyük azərbaycanlı, möhtəşəm tarix yazan lider, Müzəffər Ali Baş Komandan, bütün azərbaycanlıların sevimli və qəhrəman Prezidenti cənab İlham Əliyevin doğum günüdür!
Ona uzun ömür, möhkəm can sağlığı və hər işdə qələbə arzu edirik!
Azərbaycan xalqı onun rəhbərliyi və liderliyi ilə hələ çox qələbələrə, uğurlara imza atacaqdır!
*****
Könül Nurullayeva
Milli Məclisin deputatı
Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlət başçımıza uzun ömür, möhkəm cansağlığı, doğma Vətənimizin, dövlətimizin inkişafı, xalqımızın rifahı istiqamətində həyata keçirdiyi şərəfli işində yeni-yeni nailiyyətlər diləyirik!
Cənab Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində ərazi bütövlüyümüzün təmin olunması Cənubi Qafqazda siyasi reallığı dəyişdi. Ölkəmizin xoşbəxt gələcəyi bu gün İlham Əliyevin davam etdirdiyi quruculuq siyasəti ilə bağlıdır. Yaşasın Ali Baş Komandan! Var olsun qüdrətli Azərbaycan!
****