Parlamentlərarası İttifaqın 143-cü Assambleyası keçirilir
Madrid şəhərində keçirilən Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında Milli Məclisin böyük nümayəndə heyəti iştirak edir.Heyətə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir. Milli Məclisin deputatlatı Kamran Bayramov, Elnur Allahverdiyev, Nigar Arpadarai,Qüdrət Həsənquliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirlər.
Gündəlikdə duran əsas mövzu müasir demokratiyanın problemləri və çağırışlarıdır. Komitələrdə aparılacaq tematik müzakirələrdə Azərbaycanda gənclər siyasəti və İqlim dəyişikliyinə dair çıxışlar olacaq.
Milli Məclisin Sədri Sahibə Qafarova Assambleyanın əsas müzakirə mövzusu olan ‘Demokratiyanın üzləşdiyi müasir çağırışlar’ mövzusunda çıxış etdi.
Həmçinin Assambleya çərçivəsində Azərbaycanın təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçiriləcək.















