“Partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıb” – Fazil Mustafa
VII çağırış Milli Məclisə seçkilərinin demokratik mühitdə, azad rəqabət şəraitində keçirilib.
Bu barədə Böyük Quruluş Partiyasının (BQP) bəyanatında deyilir.
“İstər imzaların toplanması, istər seçki təbliğatı zamanı hansısa maneə ilə qarşılaşmayan partiya fəalları seçki prosesini rahat və təhlükəsiz şəkildə başa çatdırıb”, – bəyanatda vurğulanıb.