Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkiləri keçiriləcək.

Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.

Böyük Azərbaycan Partiyasının sədri  Elşad Musayevin 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə XALQ.AZ-a partiyadan məlumat verilib.

Məlumatda həmçinin diqqətə çatdırılır ki, Böyük Azərbaycan Partiyasının deputatlığa qeydə alınmış  digər namizədləri 34 saylı Xətai ikinci seçki dairəsindən Fikrət Cəfərov və 102 saylı seçki dairəsindən İlqar İbrahimovdur.

 


media-728x90banner

Bənzər xəbərlər