Paşayeva müraciət etdi, dərhal nəzarətə götürüldü
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın TƏBİB-ə müraciətindən sonra ötən gün məni 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirdilər.
Bu söləri açıqlamasında koronavirusa yoluxmuş jurnalist Müşfiq Abdulla deyib. O bildirib ki, hazırda səhhəti normaldr və özünü yaxşı hiss edir:
“Qənirə xanımın birbaşa TƏBİB rəhbərliyinə müraciətindən sonra dərhal məni nəzarətə götürdülər və müalicəmə başladılar. Gün keçdikə daha da yaxşı oluram. Dar günümdə dəstək olan hər kəsə, xususilə jurnalist həmkarlarıma minnətdarlığımı bildirirəm”, – M.Abdulla bildirib.
Qeyd edək ki, Müşfiq və Nigar Abdullaların müalicə edilmədiyi, səhhətlərinin isə çox ağır olduğu barədə ötən gün yayılan məlumatı TƏBİB təkzib etmiş, hər iki şəxsin 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirildiyi və həyati təhlükələrinin olmadığı bildirilmişdi.










