“Patron”un yer fıstığından qurd çıxdı
“Patron”un yer fıstığından qurd yuvası çıxdı.
Redaksiyamıza daxil olan şikayətdə vətəndaş bildirib ki, artıq dəfələrlə “Patron” markasına aid qablaşdırılmış yer fıstığının içərisindən qurd yuvası çıxıb.
Şikayətçi qeyd edib ki, bu hal mütəmadi təkrarlandığı üçün məsələ ilə bağlı mətbuat vasitəsilə ictimaiyyətə müraciət etmək məcburiyyətində qalıb.
Ümid edirik ki, müvafiq qurumlar göstərilən faktı araşdıracaq və istehlakçıların sağlamlığının qorunması istiqamətində zəruri tədbirlər görüləcək.