Yol kənarlarında müxtəlif ərazilərdən gətirilən, xüsusilə əkin zamanı istifadə edilən torpaq satılır.
“Xəzər Xəbər”in çəkiliş qrupumu ərazidə olandan sonra işlər dayanıb. Ancaq məlum olub ki, torpaqlar əsasən kisə halında alınır.
Torpağın satışının qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyi bildirildi. Qeyd edilib ki, lazımı icazə və razılıqlar alınıb. Əks halda burada fəaliyyət göstərə bilməzlər. Amma heç bir icazə və razılıq sənədləri təqdim olunmayıb.
Qeyd ədək ki, əsasən Xəzər, Binəqədi,Suraxanı,Sabunçu rayonları ərazisində yol kənarlarında bu satış həyata keçirilir.
Ekspertlər isə bildirir ki, yerin təkindən qanunsuz istifadə qadağandır və bu torpaqların daşınması və satılması yalnız icazə əsasında olmalıdır.

media-728x90banner

Bənzər xəbərlər