Pensiyalar nə qədər artacaq?
Orta pensiya məbləği artırılır…
XALQ xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, bu, gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Gələn ildən etibarən “Əmək pensiyaları haqqında qanuna” əsasən bütün növ pensiyalar indeksləşdiriləcək və artırılacaq. Buraya yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyaları da daxildir.
İndeksləşdirmə 1 milyon 100 min vətəndaşı əhatə edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










