Peter Pelleqrini İlham Əliyevlə səmimi fotosunu paylaşdı
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşadan Prezident İlham Əliyevlə səmimi fotosunu paylaşıb.
Pelleqrini paylaşımında rəsmi səfər zamanı qeyri-adi bir məqama diqqət çəkib.
O bildirib ki, növbəti tədbirə Prezident İlham Əliyevlə birlikdə avtomobillə yollanıblar və avtomobili Azərbaycan Prezidenti özü idarə edib.
“Prezident Əliyevlə növbəti proqramımıza bir qədər qeyri-adi şəkildə yollanırıq. Rəsmi səfərlər zamanı ev sahibi prezidentin avtomobili özü idarə etməsi adət deyil. Məhz buna görə bu dostcasına jesti xüsusilə yüksək qiymətləndirirəm”, – Slovakiya Prezidenti qeyd edib.
Qeyd edək ki, Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşlər keçirilib, tərəflər ikitərəfli münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Hazırda dövlət başçıları Qarabağ bölgəsində səfərdədirlər.










